Baş Prokurorluq:
    • 20-09-2023, 10:26
    • 148

Baş Prokurorluq: "Saxta xəbərlərin yayılması yolverilməzdir"

"Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır, həmçinin mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib".

News24.az xəbər verir ki, bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.

Aydan