“Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur”- Mixail Saakaşvili
    • 21-09-2023, 15:50
    • 339

“Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur”- Mixail Saakaşvili

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Qarabağda baş verən hadisələrə münasibət bildirib.

News24.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında  paylaşım edib.

“Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini bərpa edir, Ermənistan isə bir əsrlik rus əsarətindən xilas olur.

Ukrayna hərbi-diplomatik cəbhədə uğurla irəliləyir və Gürcüstan nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də bütün bunların nəticəsində beynəlxalq dövlət müstəqilliyini itirir. Artıq hərəkət etmək vaxtıdır”, - Saakaşvili yazıb.

Aydan