Messi "Qızıl top"ların yerini AÇIQLAYIB
    • 22-09-2023, 17:36
    • 291

Messi "Qızıl top"ların yerini AÇIQLAYIB

Lionel Messi "Qızıl top"ları və digər fərdi mükafatları harada saxladığı ilə bağlı sualı cavablandırıb.

"İnter Maimi"nin və Argentina millisinin futbolçusu sözügedən “qənimətlər”inin İspaniyada olduğunu açıqlayıb.

36 yaşlı “superulduz” bu əşyaları görmək üçün muzeyə getməyi tövsiyyə edib: “Məndə olan hər şey Barselonada, muzeyimdə var. "Qızıl toplar", qızıl çəkmələr, köynəklər və digər mükafatlar. İstəsəniz, gedib onları yaxından görə bilərsiniz”.

Qeyd edək ki, Messi karyerası ərzində 7 dəfə “Qızıl top” mükafatının sahibi olub. Futbolçunun oktyabrın 30-da veriləcək növbəti mükafatı almaq şansı yüksək dəyərləndirilir.