"Türk dilini bilən kadrlar axtarırıq"- İLON MASK
    • 23-09-2023, 09:42
    • 249

"Türk dilini bilən kadrlar axtarırıq"- İLON MASK

İlon Maskın peyk internet xidməti Starlink Türkiyədə fəaliyyət göstərmək üçün rəsmi müraciət edib. 

News24.az xəbər verir ki, şirkət indi saatda 24 dollar ödəməklə türkcə danışan işçi axtarır.

Ən azı orta məktəb diplomu və bir illik təcrübə tələb edən vəzifəyə müraciət etmək üçün ABŞ-da iş vizasının olması lazımdır. Elanda diqqət çəkən məqamlar arasında işə qəbul edilənlərə saat başına ən az 24 dollar (təxminən 41 manat) maaş veriləcəyi və eyni zamanda ildə 3 həftəlik ödənişli məzuniyyət hüququ qazanılacağı da var.

Aydan