Zelenskiyə xəbərdarlıq:
    • 23-09-2023, 09:55
    • 114

Zelenskiyə xəbərdarlıq: "BİR DAHA ETMƏSİN YOXSA..."

“Prezident Zelenskiyə demək istəyirəm ki, bu yaxınlarda BMT-də etdiyi kimi, bir daha polyakları təhqir etməsin, polyaklar buna imkan verməyəcəklər. Polşanın yaxşı adını qorumaq təkcə mənim borcum və şərəf deyil, həm də ən vacib vəzifədir. Biz hazırkı geosiyasi kontekstdə bütün arqumentlərimizi müdafiə edəcəyik və bu arqumentlərin necə əsaslandırılmasını lazım olduğunu bilirik”

News24.az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.

O, bu barədə Ukrayna lideri Vladimir Zelenskinin BMT Baş Assambleyasındakı Polşaya qarşı tənqidi çıxışına reaksiya verərkən danışıb.

Qeyd edək ki, sentyabrın 15-də Polşa birtərəfli qaydada Ukraynanın kənd təsərrüfatı məhsullarına embarqo qoyub. BMT Baş Assambleyasında çıxış edən Prezident Vladimir Zelenski Polşanın bu addımını şərh edərək, “Avropadakı bəzi dostlarımız siyasi teatrda həmrəylik nümayiş etdirirlər və taxıl üzərində triller yaradaraq Moskva aktyorlarına səhnə üçün yardım edirlər” - deyib.

Ayşən