Gəncədə narkotikə görə qətl törədən şəxsə 10 il CƏZA VERİLDİ
    • 23-09-2023, 10:03
    • 222

Gəncədə narkotikə görə qətl törədən şəxsə 10 il CƏZA VERİLDİ

Gəncə Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Qulyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirlıən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə E Quliyev 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, 24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncu aldığı xəsarətdən ölüb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Emil Quliyev təqsirləndirilən şəxs qismində  cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə narkotik üstə baş verib. E. Quliyev və A. Əliyev narkotik aludəçisi olublar. Məlumata görə, E. Quliyev A. Əliyevdən narkotik istəyib. A. Əliyev isə narkotik vasitəni ona pulla təklif edib. Tərəflər arasında yaranan mübahisə nəticəsində E. Quliyev A. Əliyevi bıçaqla qətlə yetirib.   

Samir Əli