Qarabağda antiterror əməliyyatı ABŞ-ın maraqlarına cavab verir - Politoloq
    • 23-09-2023, 12:32
    • 294

Qarabağda antiterror əməliyyatı ABŞ-ın maraqlarına cavab verir - Politoloq

ABŞ rəsmiləri və konqresmenlər Azərbaycanın antiterror əməliyyatına qarşı açıqlamalar versələr də, Qarabağda antiterror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir.

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib.

“Vaşinqtona da elə bu lazımdır. Təsadüfi deyil ki, bu ərəfədə senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Amerika heyəti Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışacaqlar ki, ABŞ Rusiyanı əvəz etməyə hazırdır. Bu, Kremli Ermənistan hökumətinə qarşı daha çox qıcıqlandıracaq”, - E. Şahinoğlu qeyd edib. 

Akqabay