Əməliyyat Azərbaycanın tam qələbəsi ilə başa çatacaq - Markov
    • 19-09-2023, 15:00
    • 198

Əməliyyat Azərbaycanın tam qələbəsi ilə başa çatacaq - Markov

“Azərbaycan Qarabağda hərbi əməliyyata başladı. Əməliyyatın məqsədinin Azərbaycanın Qarabağ üzərində nəzarətini tamamilə bərpa etmək, yoxsa Soçi razılaşmalarını pozaraq Qarabağ ərazisində yerləşən erməni hərbi birləşmələrini sadəcə olaraq hərbi məğlubiyyətə uğratmaq olduğu hələlik bəlli deyil”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, Rusiya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır: “Bunu hətta Ermənistan rəhbərliyi də etiraf edib, amma sözdə”.

Politoloq qeyd edib ki, Azərbaycanın Qarabağda keçirdiyi anti-terror əməliyyatı ABŞ-nin üzünə vurulan sillədir: “Axı, hazırda ABŞ ordusu Ermənistanda təlimlər keçirir. Ermənistan rəhbərliyi çoxdan Rusiyaya xəyanət edib və Ermənistanın əsas dostları indi Rusiyanın düşmənləri olan Fransa, Aİ və ABŞ-dır”.

“Görünür ki, bu, Üçüncü Qarabağ müharibəsidir. Bu, uzun sürməyəcək və Azərbaycanın tam qələbəsi ilə başa çatacaq”, - Markov əlavə edib.

Akqabay