Ronaldo pul üçün oynayır
    • 28-07-2023, 10:15
    • 307

Ronaldo pul üçün oynayır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun keçmiş hücumçusu Odion İqalo “Əl-Nasr”ın futbolçusu Kriştianu Ronaldonun Yaxın Şərqdə oynamağa pul xatirinə gəldiyini deyib.

News24.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

“Ronaldo bütün həyatım boyu məndən 100 dəfə çox qazandı və buna baxmayaraq Səudiyyə Ərəbistanına getdi. Təbii ki, bu pul üçündür", deyə İqalo bildirib.

Qeyd edək ki, Ronaldo İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra yanvarın 2-də "Əl-Nəsr"ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

Aynurə