Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcək.

News24.Az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu bu gün Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılacaq.

Məlumata görə, Zəkiyev qardaşları “Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan  bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.

Digər məlumata görə, dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin mzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş. Əslən Quba rayonundan olan qardaşları Bakı şəhər Balaxanı qsəbəsində böyüyüblər və bu gün saat 12-də qəsəbə məzarlığında dəfn ediləcəklər.

Video