Sumqayıtda qəza: iki qardaş öldü
    • 15-03-2019, 15:48
    • 1 052

Sumqayıtda qəza: iki qardaş öldü

Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

News24.az ONA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər. Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.