-
- 13-06-2019, 13:45
- 1 021
Bakıda eyni gündə dəfn edilən 2 gənc qardaşla bağlı YENİ XƏBƏR
Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin “KamAZ” markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində 2 nəfərin ölümü, daha 4 nəfərin isə xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.4-cü, yəni Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə yük maşınının sürücüsü Ağayev Əlabbas Bəşir oğlu təqsirkar şəxs qismində tanınıb. İş hakim İradə Həsənzadənin icraatına verilib və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin “KamAZ” markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu vəfat edib. Onlar Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılıb.
Məlumata görə, Zəkiyev qardaşları “Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin məzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş.