İran qəzetindən iddia: İsrailin məhkəmə arxivini ələ keçirdik
    • 25-09-2023, 09:53
    • 221

İran qəzetindən iddia: İsrailin məhkəmə arxivini ələ keçirdik

İranda nəşr edilən "Tehran Times" qəzeti İsrailin məhkəmə arxivinin 70 min səhifəsinə daxil olduğunu iddia edib. 

News24.az xəbər verir ki, bu barədə "TGRT Haber" məlumat yayıb.

Xəbərdə İsrailin baş naziri Binyamin Netanyahu və həyat yoldaşının psixoloji pozğunluqları olduğunu iddia edən sənədlər də yer alıb.

Sənədlərdə bir çox hökumət üzvlərinin hadisələri və İsrailin ərəb vətəndaşlarına qarşı sistemli ayrı-seçkilik etdiyinə dair məlumatların olduğu iddia edilib.

Aydan