Son sutkada 32 toqquşma: -
    • 25-09-2023, 10:26
    • 170

Son sutkada 32 toqquşma: - "Hücumların qarşısı alınır"

Ukrayna qüvvələri Baxmut istiqamətində Boqdanivkanın şərqində və Bela Qoranın cənub-şərqində yerləşən ərazilərdə rusların hücumlarını dəf ediblər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, son sutka ərzində tərəflər arasında 32 toqquşma qeydə alınıb.

Rusiya qüvvələri eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib. Xüsusilə Baxmut istiqamətində Klişçivkanı hədəfə alan rus ordusunun itirilmiş mövqelərini bərpa etmək cəhdləri uğursuz alınıb.

“Avdiv istiqamətində ələ keçirdiyi mövqelərdə möhkəmlənən Ukrayna qoşunları Rusiya qüvvələrinin hücumlarının qarşısını alır. Ruslar Marin istiqamətində də irəliləməyə cəhd göstərib. Son sutka ərzində burada Rusiyanın 14 nəticəsiz cəhdi olub. Rusiya qüvvələrinin Zaporoje vilayətinin Robotin qəsəbəsinə hücum səyləri də güclü müqavimətlə dayandırılıb”, - Baş Qərargahdan bildirilib.

Baş Qərargahdan verilən məlumata görə, Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücumu davam etdirir.

Ayşən