Peskov sülhməramlılardan danışdı:
    • 25-09-2023, 15:10
    • 130

Peskov sülhməramlılardan danışdı: "Bakı ilə əlaqələrimiz.."

“Rusiya sülhməramlıları Qarabağda işlərini davam etdirəcəklər, onların həmin regionda qalma tarixi barədə danışmaq hələ tezdir”.

 News24.az verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik bunu kimsə deyə bilməz. Bakı ilə əlaqələrimizi davam etdiririk”, - o deyib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti 2025-ci ildə sona çatacaq.

 

 Ayşən