Erməni Azərbaycan dilində ölkəmizdən vətəndaşlıq İSTƏDİ
    • 25-09-2023, 16:12
    • 327

Erməni Azərbaycan dilində ölkəmizdən vətəndaşlıq İSTƏDİ

Ermənistana gedən erməni əsilli vətəndaş Azərbaycan vətəndaşlığına qəbul olunmaq istədiyini bildirib.

News24.az Trend-ə istinadən bildirir ki, bu barədə görüntülər AZTV-nin reportajında yer alıb.

Erməniəsilli vətəndaş Azərbaycan dilində danışaraq bildirib ki, onlar Ağdərəyə İrəvandan köçüb:

"Polislər və əsgərlər bizə kömək edir və yaxşı davranırlar. Onlardan heç bir narazılığımız yoxdur. Bizə çörək və digər ehtiyaclarımızı verirlər. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik".

Avtomobilində nasazlıq yaranan həmin sakinə polis əməkdaşları kömək edib.