Rusiyanın tanınmış müğənnisi öldü - FOTO
    • 16-03-2019, 22:51
    • 1 554

Rusiyanın tanınmış müğənnisi öldü - FOTO

Rusiyanın tanınmış müğənnisi Yuliya Naçaliva dünyasını dəyişib.

News24.Az
xəbər verir ki, 38 yaşlı müğənni bir neçə saat bundan qabaq müalicə aldığı xəstəxanada keçinib. Xəbəri ilk olaraq onun PR direktoru təstiqləyib. 

Yuliya ən yaxın adamların - ailəsinin yanında dünyasını dəyişib.

Onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. 

Xatıladaq ki, Yuliya Naçalova bir neçə gün əvvəl qanında şəkərin artması səbəbi ilə Moskvada yerləşən klinikaların birinə yerləşdirilmişdi. Müğənninin səhhəti əvvəl qaydasında olsa da, qəfil halı pisləşmiş, sonradan həkimlərin diaqnozu ilə ayağının biri amputasiya olunmuşdur. Bundan başqa, məlum olub ki, səhhətinin pisləşməsinə səbəb həm də müğənninin daha əvvəl keçirdiyi sinəböyütmə plastik cərrahiyyə əməliyyatı olub.