İcra Hakimiyyətindən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
    • 26-09-2023, 12:27
    • 475

İcra Hakimiyyətindən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini Rasilə Arifqızının yeni vəzifəyə təyin olunması barədə xəbər vermişdik. Belə ki, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavinin Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat aldığı bildirilirdi. Bu isə sosial mediada ciddi narazlıqlara və tənqidlərə səbəb olmuşdu.

News24.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan Lənkəran İcra Hakimiyyəti xəbəri təkzib edib: 

"Lənkəran icra başçısının sabiq müavini Rasilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda sözügedən vəzifə vakantdır".