İşğaldan azad edilmiş ərazilərdə son bir ayda 492 mina tapıldı
    • 1-11-2021, 09:57
    • 313

İşğaldan azad edilmiş ərazilərdə son bir ayda 492 mina tapıldı

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan News24.az-a bildirilib ki, oktyabr ayı ərzində 338 piyada əleyhinə, 154 tank əleyhinə mina və 1389 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.