Sinan Oğan da Azərbaycana GƏLİR
    • 12-06-2023, 13:37
    • 432

Sinan Oğan da Azərbaycana GƏLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Azərbaycana səfərində Sinan Oğan da iştirak edəcək.

News24.az xəbər verir ki, Oğanın Bakıda Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında keçiriləcək görüşdə iştirakı gözlənilir.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün seçkidən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edir. Ərdoğan ŞKTC-nin Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.