-
- 26-09-2023, 18:23
- 384
Hakan Fidan Ərdoğanın hərəkətini təkrar ETDİ
Türkiyənin xarici işlər naziri Hakan Fidanın addımı maraqla qarşılanıb.
News24.az türk mediasına istinadən xəbər verir ki, nazirin bayrağa olan həssaslığı diqqətdən yayınmayıb.
Belə ki, ötən şənbə günü ABŞ-ın Nyu York şəhərində keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısında çəkilmiş ailə fotosundan sonra nazir Fidan yerdəki türk bayrağını götürərək mühafizəçisinə verib.
Fidanın bu addımı hər kəsin diqqətini çəkib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdiyi beynəlxal tədbirlərdən həmişə əyilib türk bayrağını yerinə yetirir.
Aynurə