30 il sonra ilk dəfə: Səudiyyə Ərəbistanı ilə Fələstin..
    • 27-09-2023, 12:07
    • 284

30 il sonra ilk dəfə: Səudiyyə Ərəbistanı ilə Fələstin..

İsraillə münasibətləri normallaşdırmaq üçün danışıqları davam etdirən Səudiyyə Ərəbistanı, otuz ildən sonra ilk dəfə İsrailin işğalı altında olan İordan çayının qərb sahilinə nümayəndə heyəti göndərib.

News24.az xəbər verir ki,  bu barədə “Hürriyet” məlumat yayıb. 

Məlumata görə, Səudiyyə Ərəbistanın Fələstindəki ilk səfiri Nayif bin Bəndər əs- Sudeyrinin başçılıq etdiyi nümayəndə heyətinin dünən iki günlük rəsmi səfər üçün İordan çayının qərb sahilinə gedib.

Beləliklə, 1993-cü ildə Oslo razılaşmasının imzalanmasından sonra Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilk dəfə İordan çayının qərb sahilində olub. Sudeyri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb, prezident Mahmud Abbas tərəfindən qəbul edilib və etimadnaməni təqdim edib. Bildirilir ki, Sudeyrinin baş nazir Məhəmməd Ştiyye ilə də görüşü planlaşdırılır. Keçən ay Fələstin ərazilərinə qeyri-rezident səfir və Qüdsdəki baş konsul təyin edilən Sudeyrinin Ramallah səfərindən sonra ABŞ-ın İsrailə səfəri baş tutub .Bu, onun Səudiyyə Ərəbistanı ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlara rəhbərlik etdiyi dövrə təsadüf edib. Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün Fələstinin lehinə güzəştlər tələb edir.

Ayşən