-
- 18-04-2021, 10:21
- 641
Səudiyyə Ərəbistanı və İran münasibətləri bərpa etmək üçün danışıqlar aparır
Səudiyyə Ərəbistanı və İranın yüksək rütbəli məmurları beş il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək üçün birbaşa danışıqlar aparırlar.
News24.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşrin yazdığına görə, 9 apreldə Bağdadda İraq Baş naziri Mustafa Kazeminin vasitəçiliyi ilə baş tutan danışıqlar 2016-cı ildən bəri iki ölkə arasında keçirilən ilk əhəmiyyətli siyasi müzakirələr olub.
Mənbələrə görə, "Ənsar Allah" hərəkatının Səudiyyə ərazisinə etdiyi hücumlarla bağlı aparılan danışıqların nəticəsi müsbət olub. Səudiyyə Ərəbistanı nümayəndə heyətinə Baş Kəşfiyyat Xidmətinin rəhbəri Xalid bin Əli əl-Humaydan rəhbərlik edib. Bildirilir ki, danışıqların növbəti mərhələsi gələn həftəyə planlaşdırılır.