Həftəsonu 31 cinayətin üstü  açılıb
    • 18-03-2019, 10:37
    • 682

Həftəsonu 31 cinayətin üstü açılıb

Mart ayının 16-dən 18-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.