İran Rusiya ilə razılaşır: oktyabrın 18-də raketlər..
    • 28-09-2023, 13:30
    • 165

İran Rusiya ilə razılaşır: oktyabrın 18-də raketlər..

"İran bu il oktyabrın ortalarında raketlərin ötürülməsi ilə bağlı Rusiya ilə razılaşa bilər".

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, bu, İrana bu cür razılaşmaları qadağan edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti bitdikdən sonra - oktyabrın 18-də baş verə bilər.

İsrail kəşfiyyatının hesabatları göstərir ki, Rusiya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini əldə etməyə çalışır. Hər ikisi 300 kilometr və ya daha çox məsafəyə malikdir.

Sentyabrın 19-da Şoyqu ikitərəfli müdafiə və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Tehrana səfər edib. “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) Hava və Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə Şoyquya yerli pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə vasitələri haqda geniş məlumat verib.


Ayşən