-
- 28-09-2023, 16:24
- 288
"Kiyevlə danışıqlar aparacağıq amma..." - LAVROV
“Rusiya Ukrayna ilə münaqişəni həll etməyə hazırdır, lakin danışıqlar zamanı atəşi dayandırmayacaq”.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS”a açıqlamasında bildirib
O vurğulayıb ki, ötən il Kiyev danışıqlar zamanı rus əsgərlərinə hücum edəndə Rusiya artıq aldadılıb: “Rusiya Federasiyası ikinci dəfə belə səhvə yol verməyəcək”.
Lavrov danışıqlara hazır olduğunu vurğulayıb.
“Biz istənilən ciddi təklifi müzakirə etməyə hazırıq. Amma danışıqlar zamanı atəşkəsdən söhbət gedə bilməz. Çünki biz bu məsələdə artıq bir dəfə aldanmışıq”.
O qeyd edib ki, Rusiya öz maraqlarını nəzərə alaraq və təhlükəsizliyi qoruyub saxlayaraq hərəkət edəcək. Nazir əlavə edib ki, Kiyevdəki mövcud rejim rus əhalisinə qarşıdır.
Ayşən