-
- 28-09-2023, 17:01
- 435
"Azərbaycan separatizmə son qoyan ilk ölkə oldu" - ŞƏRH
“Qarabağda erməni separatçı rejiminin özünü buraxması, ermənilərin könüllü Qarabağı tərk etməsi fonunda Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq. Rusiya sülhməramlı qüvvələri 2025-ci ildən tez ərazini tərk edə bilərlər. Azərbaycan post-sovet məkanında Rusiyanın birbaşa vasitəsilə yaratdığı separatizm və işğala son verən ilk ölkədir. Bununla Rusiyanın Cənubi Qafqazda 200 ildən artıq siyasətinə sarsıdıcı zərbə vurmuş oldu. Yaranmış geosiyasi vəziyyətdən Azərbaycan məharətlə istifadə edərək, prosesləri öz leyhinə dəyişə bildi. Rusiya da bununla barışmalı oldu”.
News24.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Tiflis yaranmış geosiyasi vəziyyətdən istifadə edə bilmədi. O bildirib ki, rəsmi Tiflisin Avropa inteqrasiya əvəzinə, Kremlə boylanması, heç də onun yaxın perspektivdə öz ərazi bütövlüyünü təmin etməsinə gətirib çıxarmayacaq.
“Ukrayna müharibəsi fonunda Qərb, Tiflisdən separatçılara qarşı əməliyyata başlamasında maraqlı idi. Buna "Gürcü Arzusu" partiyasi sərt reaksiya verdi. Qərbin bu siyasətini Rusiya qarşı müharibə kimi qiymətləndirdi.
Post-sovet məkanında separatiz və işğala son vermək üçün Ukrayna müharibəni davam etdirir. Moldova da bir müddətdən sonra separatizmə son verəcək. Bu da Rusiyanın Ukraynada hərbi məğlubiyyəti fonunda reallaşacaq. Azərbaycan Türkiyə ilə siyasi-hərbi müttəfiqliyi inkişaf etdirərək, həmçinin Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilmək istiqamətində siyasəti, regionda söz sahibi olması, Moskvanı Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxardı. Rusiyanı da reallıqları qəbul etməyə sövq etdi. Gürcüstan Türkiyə ilə əməkdaşlığı inkişaf etdirsəydi, rəsmi Tiflisdə separatizm və işğala son verə bilərdi”.
Politoloq Cənubi Qərbin özünə potensial təhlükə görməyincə münaqişələrə birbaşa müdaxilə etmədiyini vurğulayıb.
“Regional münaqişələrdə Qərbə arxalanmaq yeni fəsadlara yol açır. Azərbaycanın apardığı siyasət bir daha göstərdi ki, ölkə öz hərbi gücünü inkişaf etdirməli, strateji müttəfiqini təyin etməlidir.
Azərbaycan və Türkiyə tandeminin apardığı siyasət göstərdi ki, Rusiya yalnız güc amili ilə hesablaşır” ,- deyə o fikrini yekunlaşdırıb.
Ayşən