-
- 29-09-2023, 16:50
- 2 010
Separatçılar yalvarmağa BAŞLADI
Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.
News24.az xəbər verir ki, bu barədə “Hayeli.am” məlumat yayıb.
Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.
“Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, “Röyter”in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir”, - deyə sayt bildirib.
Ayşən