Ürəyin möhkəmlənməsi üçün atılan ADDIMLAR...
    • 30-09-2023, 11:13
    • 390

Ürəyin möhkəmlənməsi üçün atılan ADDIMLAR...

İndiyə qədər gündə 10.000 addım atmağın insan sağlamlığı və fit bədən quruluşu üçün kifayət olduğu bildirilirdi.

Bu istiqamətdə aparılan yeni bir  araşdırma sübut etdi ki, gün ərzində 5000 addım atmaq da effektivdir. 

News24.az xəbər verir ki, dünya üzrə 226 000-dən çox insanın təhlili müəyyən edib ki, hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskini azaltmağa başlamaq üçün 4 000 addım kifayətdir.

Ürəyinizə və qan damarlarınıza fayda vermək üçün cəmi 2300 addım atmaq məqsədəuyğundur.

Tədqiqatçıların fikrincə, nə qədər çox addım atsanız, sağlamlıq üçün bir o qədər çox faydası var.

4000-dən yuxarı hər əlavə 1000 addım erkən ölüm riskini 15%, 20.000 addıma qədər azaldır.

Polşanın Lodz Tibb Universiteti və ABŞ-ın Cons Hopkins Universitetinin Tibb fakültəsindən olan bir qrup, harada yaşamasından asılı olmayaraq, yeriməyin faydalarının bütün cinslərə və yaşa aid olduğunu müəyyən edib.

Bununla belə, ən böyük fayda 60 yaşdan aşağı olanlar arasında görüldü.

Lodz Universitetinin professoru Maciej Banach hesab edir ki, müalicə üçün müasir dərmanların sayı artsa da, onlar yeganə çıxış yolu deyil.

“İnanıram ki, həyat tərzimizdəki dəyişikliklər, o cümlədən, təhlilimizin əsas diqqət mərkəzində olan pəhriz və idman da ürək-damar riskinin azaldılmasında və ömrün uzadılmasında ən azı bir o qədər təsirli  ola biləcəyini həmişə vurğulamalıyıq”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qeyri-kafi fiziki fəaliyyət hər il 3,2 milyon insanın ölümünə səbəb olur ki, bu da dünyada dördüncü ən ümumi səbəbdir.

Ayşən