Sumqayıt, Binəqədi və Abşeronun sərhədləri müəyyənləşdiriləcək
    • 30-09-2023, 14:29
    • 204

Sumqayıt, Binəqədi və Abşeronun sərhədləri müəyyənləşdiriləcək

Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək.

News24.az Report-a istinadla xəbər verir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Layihəyə oktyabrın 3-də parlamentin Regional məsələlər komitəsinin iclasında baxılacaq.