Bayraktar Ukraynada zavod tikintisinə 100 milyon dollar sərmayə qoyur
    • 30-09-2023, 15:48
    • 231

Bayraktar Ukraynada zavod tikintisinə 100 milyon dollar sərmayə qoyur

“Bayraktar”ın baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən beynəlxalq müdafiə sənayesi forumunda bildirib  ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırır. 

News24.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

“Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq, proses artıq başlayıb. Tikinti başlanıb. Bunu başa çatdırmaq üçün təxminən 1,5 il vaxt lazımdır”, - Haluk Bayraktar qeyd edib.

Bundan əvvəl Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin ölkədə Bayraktar pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə başladığını bildirib.

Akqabay