Ukraynada “Bayraktar TB2”nin istehsalı bu tarixdə başlayacaq
    • 23-06-2023, 12:02
    • 175

Ukraynada “Bayraktar TB2”nin istehsalı bu tarixdə başlayacaq

Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz təyyarələrinin istehsalına başlamağı planlaşdırır.

News24.az xəbər verir ki, məlumatı "Yeni Akit" qəzeti yayıb. 

"Baykarın (Ukraynada) yerli bölməsi olan "Avia Ventures" şirkətinin tikintisi plana uyğun olaraq davam edir, müəssisənin açılışı 2025-ci ilə planlaşdırılır", - deyə Bayraktar bildirilib.

Xatırladaq ki, ötən ilin avqustunda Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı üzrə zavodun tikintisinə başlanılması barədə məlumat yayılıb.

Qumral