"Qarabağ" azarkeşlərə müraciət etdi
    • 30-09-2023, 16:16
    • 411

"Qarabağ" azarkeşlərə müraciət etdi

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hakken"lə üz-üzə gələcək "Qarabağ" azarkeşlərə müraciət edib.

News24.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. Komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyət vəsifəqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq "Hakken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.