NATO Ankaradakı teraktı QINADI
    • 1-10-2023, 19:09
    • 282

NATO Ankaradakı teraktı QINADI

Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayır, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tezliklə şəfa diləyirəm.

News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq X sosial şəbəkəsində bildirib.

"NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir”,- o bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.