-
- 4-12-2019, 11:29
- 965
"Türkiyə DEAŞ-a qarşı apardığımız mübarizədə əhəmiyyətli bir ölkə idi" - NATO-nun baş katibi
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.
News24.az xəbər verir ki, Stoltenberq görüş zamanı “Türkiyə DEAŞ-a qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən DEAŞ-ın məğlub edilməsi mümkün ola bilməzdi” deyib.
Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberq, “Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”, - deyə bildirib.