Arvadının başını kəsən şəxsin cəzası məlum OLDU
    • 2-10-2023, 12:22
    • 318

Arvadının başını kəsən şəxsin cəzası məlum OLDU

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

News24.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror A. Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib. 

Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O qeyd edib ki, həyat yoldaşını özündən çox istəyib. Hadisəni törədərkən o anlaqsız vəziyyətdə olub və qətl hadisəsi törədib. Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, onu məcburi müalicəyə göndərsin. 

Müşavirədən sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A. Məmmədov 12 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədov həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, A. Məmmədov həyat yolsaşına xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onun başını kəsib. 

Samir Əli