Azərbaycana “Akıncı" PUA-ları veriləcək - Yaxın vaxtlarda...
    • 2-10-2023, 19:00
    • 291

Azərbaycana “Akıncı" PUA-ları veriləcək - Yaxın vaxtlarda...

Çox yaxın zamanda “Akıncı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək.

News24.az  xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akıncı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.