Qarabağın bütün əraziləri nəzarətimizdədir - DİN
    • 2-10-2023, 18:37
    • 142

Qarabağın bütün əraziləri nəzarətimizdədir - DİN

Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazilərində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Azərbaycan Respublikası Daxili İşlər orqanları tərəfindən hüquq, ictimai qaydalara və təhlükəsizliyə ciddi şəkildə nəzarət edilir.

News24.az bildirir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, hansısa istisna yoxdur.

"Əsas diqqət ərazi dekriminallaşsın, kriminal xunta, separat rejimdən geriyə qalan hansısa cinayətkar qalıqlar təmizlənsin, təhlükə mənbəyi olan silah-sursat, eləcə də sürpriz mina təhlükələri var ki, bununla bağlı aidiyyatı dövlət qrumları ilə birlikdə iş aparılır. Tək narkotik, silah-sursatla yox bütövlükdə ərazinin təhlükəsiz vəziyyətə gətirilməsi üçün verilən tapşırığa uyğun olaraq ərazidə daxili işlər orqanlarının əməkdaşları tərəfindən işlər aparılır. Hazırda mövcud vəziyyət onu deməyə əsas verir ki Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən tapşırığa uyğun olaraq üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirirlər", - deyə E. Hacıyev qeyd edib.