Elşad Hacıyev: "Narkotik vasitə tək ailə ilə yox, həm də cəmiyyətlə bağlıdır"
    • 1-12-2022, 11:07
    • 430

Elşad Hacıyev: "Narkotik vasitə tək ailə ilə yox, həm də cəmiyyətlə bağlıdır"

“Bütövlükdə cəmiyyətin hər bir üzvü narkotiklə mübarizədə fəal iştirak etməlidir. Cari ildə 3 ton narkotik vasitə dövriyyədən çıxarılıb,  9404 cinayət faktı aşkarlanıb. 7618 nəfər məsuliyyətə cəlb edilib. Ailədə bir nəfər istintaqa cəlb olunursa, onun ailəsi də məsuliyyət daşıyır. Narkotik vasitələrlə bağlı əvvəllər insanlar informasiyaları gizlədirdilərsə, indi yaymaqdan, dəstək olmaqdan çəkinmirlər. Bu isə hüquq-mühafizə orqanlarının işinə kömək olur".

News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad  Hacıyev deyib.

O bildirib ki, 9409 nəfərdə cinayət  faktı aşkarlanıb:"Aşkar olunan 3 ton 186 kiloqram narkotik vasitənin 310 tonu isə psixotrop maddədir. 


Elşad Hacıyev əlavə edib ki, narkomaniya tək ailə ilə yox, həm də cəmiyyətlə bağlıdır.