Xoşqədəm ailə dağıdan məşhurları ifşa edəcək - VİDEO
    • 19-03-2019, 10:44
    • 1 133

Xoşqədəm ailə dağıdan məşhurları ifşa edəcək - VİDEO

Teleaparıcı Xoşqədəm Baxşəliyeva aparıcısı olduğu verilişdə məşhurlara səslənib.

News24.az xəbər verir ki, o, ailə dağıdan tanınmışları ifşa edəcəyini bildirib: “Bir muğam ustası haqda da məlumatlar gəlməkdədir. Mən bu mövzuda əl çəkməyəcəyəm. Mənim üçün fərq etməz ailə dağıdan müğənnidir, aparıcıdır və ya başqa birisidir.

Bilsəm ki, bir gün əlimdən əlimdən hər şey alınacaq, yenə də əl çəkməyəcəyəm. İstəyirəm ki, övladım gələcəkdə namuslu qızlarla tanış olsun, onlardan birini alsın. Sabah qızımız elə kişiyə ərə getsin ki, onu yarı yolda qoymasın. Ona görə də mən bu mövzunu davam etdirəcəyəm”.