-
- 19-03-2019, 13:01
- 1 173
Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib
Bu yaxınlarda “AAAF Park” Kompleksinin “Zirvə” idman sarayında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin əməkdaşı Kamil Qafarov çəkisi 90 kiloqrama qədər olan idmançılar arasında 220 kiloqramlıq ştanqı qaldıraraq “bençpress” hərəkətində yarışın mütləq çempionu adını özündə saxlayıb.
Səbail RMİ-nin əməkdaşı Razim Hüseynov çəkisi 125 kiloqrama qədər olan idmançılar arasında qızıl medal qazanıb. Millimizin “ağır artilleriyası” sayılan təmsilçimiz çiynində 340 kiloqram ştanqla oturub-qalxıb, 250 kiloqramı sinədən qaldırıb, 330 kiloqramı isə qurşağa qədər dartaraq pauerliftinq üzrə mütləq çempion olub.
Digər təmsilçimiz, Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov da inamla çıxış edib. O, çəkisi 82 kiloqramadək olan idmançılar arasında çiynində 187 kiloqramlıq ştanqla oturub qalxıb, 140 kiloqramı sinədən qaldırıb, 250 kiloqramı isə qurşağadək dartıb. Bu nəticə ilə o, finaladək irəliləyərək gümüş medal qazanıb.
Bu idman növü ölkəmizdə kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.
Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis baş leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Əvvəllər dəfələrlə karate üzrə dünya və Avropa çempionu olmuş təmsilçimiz qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində 145 kiloqram çəkinin öhdəsindən gələrək yarışın qızıl medalını qazanıb.
Yarışların idarə olunmasında Samux RPŞ-nin əməkdaşı, Pauerliftinq Federasiyasının vitse prezidenti, dünya və Avropa çempionu Rüfət Ağayev yaxından iştirak edib.