-
- 4-10-2023, 15:14
- 308
Prokuror özünü "12-ci imam" elan edənə 13 il cəza İSTƏDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “12-ci imam” adlandıraraq dələduzlıuqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, məlumatına görə, prosesdə prokuror A.Babayevin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
Samir Əli