Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI
    • 4-10-2023, 16:41
    • 435

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Naftalan şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə yeni rəis təyin olunub.

News24.az report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru Quliyev Yunis Salman oğlu tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Yunis Quliyev Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.