“Qarabağ”la oyun bizim üçün çox vacibdir
    • 2-10-2023, 22:05
    • 463

“Qarabağ”la oyun bizim üçün çox vacibdir

Qarabağ”la oyun bizim üçün çox vacibdir”.


News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun futbolçusu Edvard Çilufya Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

Zambiyalı yarımmüdafiəçi ölkə çempionatında AİK üzərində qazanılan qələbənin davamını gətirmək istədiklərini bildirib: “Çətin oyun olacaq. Ancaq komanda olaraq bu matça hazırıq. Qrupda ilk qələbəmizi qazanaraq, vəziyyəti düzəltməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.