-
- 5-10-2023, 10:25
- 160
İranın tələbi bəlli oldu: - "Ermənistanda olmaq istəyirik"
Bircə İran hərbçilərinin Qərbi Zəngəzurda “müşahidəçi” adı altında yerləşməsi qalıb ki, Tehran indi də bunu Ermənistana qəbul etdirməyə çalışır. “İran Ermənistan-Azərbaycan şərti sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır” – deyən İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri bununla ABŞ, Avropa İttifaqı və Rusiyaya “Ermənistanda biz də olmaq istəyirik” mesajını vermək istəyib”.
News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan əvvəllər Rusiyadan asılı idi, Kremlin vassalı idi, indi İrəvanın ağalarının sayı artıb: “Baş nazir Nikol Paşinyandan bir etiraf da gəlməlidir ki, “biz Ermənistanı təhlükəsizliyini təmin edə bilmirik, qoy maraqlı dövlətlərin hamısının ölkəmizdə hərbi qüvvələri yerləşsin”.
Ayşən