-
- 19-03-2019, 16:47
- 773
Atıcılıq tirində DİN çempionatı keçirilib
Martın 14-dən 16-dək Daxili İşlər Nazirliyinin Atıcılıq tirində DİN çempionatı keçirilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq mühafizə orqanlarının xidmətlərini vurğulayaraq diqqətə çatdırıb ki, Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.
İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, qanunvericilikdən irəli gələn tələblər barədə onları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini onlara izah edib.
Daha sonra güllə atıcılığı yarışına start verilib.
Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 11 komandadan 80-ə yaxın əməkdaş hədəfi nişan alaraq müxtəlif hərəkətlər üzrə sərrastlıqlarını sınayıblar.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Polis Akademiyası (712 xal), DİN Daxili Qoşunlarının Baş İdarəsi (710 xal) və Baş Dövlət Yol Polisi İdarəsinin (688 xal) əməkdaşları qərarlaşıblar.
Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda birinci və ikinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında Polis Akademiyasının təmsilçisi Ramilə Allahverdiyeva fərqlənib, bu nəticə ilə o, DİN çempionatının qalibi olub.
Kişilər arasında Əlahiddə Çevik Polis Alayının əməkdaşı Elman Tərlanov birinci və üçüncü xüsusi tapşırığın yerinə yetirilməsində, Polis Akademiyasının nümayəndəsi Rüfət Xələfov isə altıncı xüsusi tapşırığın yerinə yetirilməsində ən yüksək nəticəni göstərərək yarışın baş mükafatına layiq görülüblər.
Kişilər arasında keçirilən avtomatdan hədəfi nişan almaqda BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı Fuad Alışov da rəqiblərini önləyərək bu yarışda qələbələrinin sayını 4-ə çatdırıb.
Yarışın idarə olunmasında İdman Cəmiyyətinin əməkdaşları - Elnur Həsənov, Seymur Qurbanbəyov, Mahir Əhmədov, Zaur Məcidov, Aydın Həşimov, Munir Orucov və Əlişan Tunc iştirak ediblər.
Sonda qaliblərə medallar, diplomlar, “Fəxri fərman”lar və qiymətli hədiyyələr təqdim olunub.