"Fənərbağça" Slovakiya səfərindən qələbə ilə DÖNÜR
    • 6-10-2023, 01:10
    • 520

"Fənərbağça" Slovakiya səfərindən qələbə ilə DÖNÜR

"Fənərbağça" UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda qələbə qazanıb.

News24.az  xəbər verir ki, İstanbul təmsilçisi Slovakiyada yerli "Spartak" (Trnava) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 6-ya çatdıran "Fənərbağça" H qrupunda liderliyini davam etdirir.