Maşın sürmək istəyən PUL VERSİN
    • 6-10-2023, 16:54
    • 403

Maşın sürmək istəyən PUL VERSİN

Sinqapurda artan avtomobil tıxaclarının qarşısını almaq üçün hökumət radikal metodlara əl atır. 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, indi ölkədə avtomobil almazdan əvvəl lisenziya əldə etmək lazımdır. Şəxsi avtomobilə sahib olmaq istəyən şəxs 100 000 dollar ödəməlidir. Üstəgəl, bu sənədi hər 10 ildə bir dəfə yeniləmək lazım gəlir. Ən əsası, sənəd hərrac yolu ilə satılır. 

Sinqapurda ümumiyyətlə qiymətlər baha olsa da, bura dünyada avtomobillərin ən bahalı olduğu ölkə kimi azd çıxarıb. Məsələn, bizdə 58 000 manata olan Toyota RAV-4 Sinqapurda 214 000 dollardır.