Rusiya Zəngəzurda baş konsulluq AÇACAQ
    • 6-10-2023, 17:14
    • 223

Rusiya Zəngəzurda baş konsulluq AÇACAQ

Rusiya Ermənistanın Sünik (Zəngəzur) bölgəsində baş konsulluq açacaq.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Meğridə Rusiya Xarici İşlər Nazirliyinin prioritetlər qrupunun rəhbəri, Rusiyanın Qafan şəhərində baş konsulluğunun açılması üzrə prioritet qrupun rəhbəri və Meğri şəhərinin meri arasında görüş keçirilib.

“Ermənistanın cənubunda yaşayan Rusiya vətəndaşlarının konsulluq xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə sadələşdirəcək Rusiyanın Sünik vilayətində yeni konsulluq idarəsinin tezliklə açılması perspektivləri müzakirə edilib. Bundan əlavə, yeni baş konsulluq Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə, habelə mədəni-humanitar, ticarət, iqtisadi və regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək”, - məlumatda qeyd edilib.

Akqabay