-
- 11-08-2023, 17:53
- 388
Putindən səfər öncəsi mühüm qərar: Rusiya Şimali Kipri tanıyacaq?
Xəbər verdiyimiz kimi, Rusiya Şimali Kipr Türkiyə Cümhuriyyətində konsulluq açacaq.
Məlumata görə, Rusiyanın Kiprdəki səfirliyi tezliklə adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq.
Rusiyanın bu qərarı ŞKTC-ni tanıması kimi şərh edilə bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu bildirdi ki, konsulluq xidmətinin açılması diplomatik və siyasi səviyyədə bu və ya başqa dövlətin tanınması demək deyil.
“Çünki konsulluq xidməti müxtəlif presudurları həyata keçirir. Bu, daha çox viza və vətəndaşlıq məsələləri ilə bağlıdır. Rusiya əslində bu konslluğu öz vətəndaşları üçün açır ki, bununla müxtəlif xidmətlər həyata keçirə biləcək. Çünki Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra xeyli vətəndaşı ölkəni tərk edib. Hesablamalara görə, hazırda Kiprin şimalında 50 mindən çox rus yaşayır. Onların bir qismi də Şimali Kiprdə yerləşib. Bu qərarın tanınma olduğunu hesab etmirəm. Tnıma dövlət səviyyəsində müvafiq qərarla həyata keçirilir. Eyni zamanda səfirlik açılması haqqında qərar verilir. Şimali Kiprdə yaşayan rusların Rusiya ilə əlaqələrinin itməməsi üçün konsulluq xidmətləri göstəriləcək”,- deyə o yekunlaşdırdı.
Qeyd edək ki, ŞKTC Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu deyib ki, “Rusiyanın konsulluq açmaq qərarı Rusiyanın ŞKTC-ni tanıması kimi şərh edilməməlidir”.
Ayşən Rəhim